RU
Göyçayda avtomobil su kanalına düşdü: FHN axtarışlara başladı- VİDEO
15:20
36

Göyçayda avtomobil su kanalına düşdü: FHN axtarışlara başladı- VİDEO

Göyçay rayonunda avtomobilin su kanalına düşməsi ilə nəticələnən hadisə baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Göyçay rayonunun Kürdəmiş kəndi ərazisində içərisində vətəndaş olan avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Məlumat daxil olan kimi hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu cəlb edilib.

Hazırda avtomobilin su kanalına düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ