RU
Göyçayda bədbəxt hadisə
11:30
415

Göyçayda bədbəxt hadisə

Göyçay şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"VAZ 21099” markalı minik avtomobili yolu keçməyə çalışan piyadanı vurub. Hadisə nəticəsində Göyçay şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlu yaralı vəziyyətdə  təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ