RU
Göyçayda keçmiş arvadının sevgilisini öldürən şəxs yenidən hakim qarşısında
21:40
375

Göyçayda keçmiş arvadının sevgilisini öldürən şəxs yenidən hakim qarşısında

Göyçayda keçmiş həyat yoldaşının sevgilisini qətlə yetirməkdə təqsirli bilinən  Mirzəyev Fərid Rza oğlu məhkəməyə apellyasiya şikayəti verib.

Onun şikayəti Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə araşdırlır.

İş üzrə növbəti məhkəmə baxış iclası noyabrın 22-nə təyin olunub.

Cinayət işi hakim Nahid Mirzəyevin icratına verilib.

Xatırladaq ki, hadisə Göyçay rayonunun Nərimanov küçəsindəki evdə baş verib.

Fərid Mirzəyev keçmiş həyat yoldaşı S.Ağayeva ilə Vüsal arasında münasibətin olması və onların qeyri-rəsmi ər-arvad kimi yaşamasını öyrəndikdən sonra onu öldürmək qərarına gəlib.

Bu məqsədlə o, özü ilə gətirdiyi bıçaqla 32 yaşlı Vüsal Məmmədova çoxsaylı zərbələr endirib.

Döş qəfəsi və qarın boşluğundan öldürücü xəsarətlər alan Vüsal xəstəxanaya çatdırılısa da, onun həyatını xilas etmək mümkün olmayıb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ