Göygöldə ağır yol qəzası baş verib.
7News.Az xəbər verir ki, Gəncə-Şəmkir avtomobil yolunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınan hadisə zamanı Şəmkir rayonun Əliyaqublu kənd sakini, 73 yaşlı Ağamməd Allahverdiyev idarə etdiyi “VAZ 21014” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.








