Göygöldə ölümlə nəticələnən yol qəzasının bəzi təfərruatları məlum olub.
1990-cı il təvəllüdlü Ayxan Hüseynli tanışı 198o-ci il təvəllüdlü Hüseyn Əsgərov tərəfindən bıçaqlanıb.
H.Əsgərov A.Hüseynovu öz avtomobili ilə xəstəxanaya aparanda maşını yolda aşırıb və nəticədə bıçaqlanan şəxs dünyasını dəyişib.
H.Əsgərov polis tərəfindən saxlanılıb.
----
Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib.
7NEWS.Az-ın yerli bürosunun xəbərinə görə, qəza Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az







