Göygöl rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində ölən piyadanın şəxsiyyəti dəqiqləşib.
Bu, Göygöl rayon sakini, 1966-ci il təvəllüdlü Bilal İsgəndərovdur.
Qeyd edək ki, hadisə Aşıqlı kəndinə gedən yolda qeydə alınıb. "Pajero" markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən B.İsgəndərovu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
-----
Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə Aşıqlı kəndində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini (şəxsiyyəti dəqiqləşdirilir-red) avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.
7NEWS.Az








