RU
Göygöldə minik avtomobili və mikroavtobus toqquşub, xəsarət alanlar var
22:45
603

Göygöldə minik avtomobili və mikroavtobus toqquşub, xəsarət alanlar var

Göygöldə 4 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106” ilə 15 saylı xətt üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. Qəzadan sonra mikroavtobus yol kənarındakı mağazaya çırpılıb. Hadisə zamanı 2 sərnişin və mağazada olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ