Göygöl rayonunda 3 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata əsasən hadisə Göygöl-Daşkəsən yolunda baş verib.İki "VAZ 2106" markalı avtomobillərlə "Chevrolet" markalı avtomaşın toqquşub. Qəza zamanı xəsarət alanlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.










