RU
Haaqa məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hökm oxuyub
21:10
285

Haaqa məhkəməsi sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hökm oxuyub

Haaqa məhkəməsi Malayziya Hava Yollarına məxsus "MH17” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hökm oxuyub.

7NEWS.Az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, beynəlxalq məhkəmə sərnişin təyyarəsinin raketlə vurulmasında təqsirləndirilən Oleq Pulatovun günahkar olmadığı ilə bağlı qərar verib.

Haaqa məhkəməsi İqor Strelkovu (Qirkin), Sergey Dubinskini və Leonid Xarçenkonu "MH17” təyyarəsinin raketlə vurulmasında və 298 sərnişinin ölümündə təqsirli bilib. Onlar qiyabi olaraq ömürlük həbs cəzasına məhkum ediliblər.

Haaqa məhkəməsi "MH17” qəzasında həlak olanların yaxınlarına verilən təzminatın ümumi məbləğini 16 milyon avrodan çox qiymətləndirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ