RU
Hacı Nuran Həccə gedir - FOTO
14:30
366

Hacı Nuran Həccə gedir - FOTO

Aparıcı Hacı Nuran Hüseynov Azərbaycandan gedib. 

7News.Az baku.ws-yə istinadən xəbər verir ki, aparıcı səhər saatlarında Həcc ziyarətinə yola düşüb. 

Hacı Nuran bu haqda şəxsi "Instagram" hesabında məlumat verib. 

 

Hüseynov paylaşdığı fotoya belə bir şərh yazıb:

"Əziz, sevimli, mənə daima dua edən gözəl dostlarım. Qarşıda müsəlman aləminin vacib əməllərindən biri olan müqəddəs Həcc ziyarəti gəlir ... Mən ziyarətqabağı hamınıza cansağlığı arzu edirəm. Allah hər kəsə bu gözəl ziyarəti nəsib eləsin. Ziyarət təkcə "hacı" titulu deyil, bu mənəvi təmizlənmə, Allahdan yardım istəmə və yardım etməyə güc istəməkdir. Mən Allahdan bütün xəstələrimizə cansağlığı dua edəcəyəm və hamısına heç zaman ümidinizi itirməmək diləyirəm. O, böyükdür və hər şeyə qadirdir. P.S.: İnşAllah sabah səhər saatlarında müqəddəs həcc ziyarətinə yola düşəcəyik. Allah ziyarətimizi qəbul eləsin. Sizinlə tezliklə görüşmək arzusunda olan Sizin...".

7News.Az

Hacı Nuran Həccə gedir - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ