RU
Hacıqabulda altı fermadan oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb
10:20
33

Hacıqabulda altı fermadan oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən altı fermadan metal qurğular oğurlamaqda şübhəli bilinən Süleyman Ağayev, Tural Yusifov və Pərvin Qurbanov saxlanılıblar.

Bu barədə 7News.Az DİN-in Mətbuat xidmətindən bildirilib.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin zərərçəklərə 10 000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ