RU
Hacıqabulda “KamAZ” aşdı: Ölən var
10:38
1118

Hacıqabulda “KamAZ” aşdı: Ölən var

Meyit xilasedicilər tərəfindən çıxarılıb.

Hacıqabulda baş verən yol qəzasında bir nəfər ölüb.

7News.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 105-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində qeydə alınıb.

“KamAZ” markalı “22 BC 360” dövlət nömrə nişanlı avtomobil aşaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin Goranboy rayon sakini, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib.

Avtomobildə sıxılmış sərnişinin meyiti FHN-in Hacıqabul Yanğından mühafizə xidmətinin xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxardılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ