RU
Haitidə daşqınlar
10:36
920

Haitidə daşqınlar

Haitidə yağan leysan yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 6 nəfər ölüb.

Ölkədə 4 min ev su altında qalıb.

Ən çox paytaxt Port-o-Prens şəhərinin ətrafındakı ərazilərə ziyan dəydiyi vurğulanır. Ölkədə yaşanan siyasi böhran səbəbindən yerli hökumət vətəndaşlara müvafiq yardım göstərə bilmir.

Təbii fəlakətlə üzləşən insanların əksəriyyəti təhlükəli zonalardan təxliyə olunmur. Mülki müdafiə xidmətləri daşqınların fəsadlarının aradan qaldırılması üçün resursların olmadığını qeyd edir.  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ