RU
Haitidə quldurlar sığınacaqdan əlil uşaqları qaçırıblar
11:10
40

Haitidə quldurlar sığınacaqdan əlil uşaqları qaçırıblar

Haitinin paytaxtında yerləşən Kenskoff kommunasında silahlı cinayətkarlar əlilliyi olan uşaqlar üçün sığınacağa hücum ediblər.

Bu barədə yerli "RTVF” radiosu məlumat yayıb.

"Viv-Ansam” adlı dəstə divarı dağıdaraq sığınacağa daxil olublar və bir neçə əlil uşağı, o cümlədən qurumun direktoru və irlandiyalı humanitar işçi Cinanı qaçırılıb.

Hüquq-mühafizə orqanları və ya Haiti səlahiyyətliləri hələ hadisəyə münasibət bildirməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ