RU
Haitidə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 50-yə çatıb
21:10
569

Haitidə yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı 50-yə çatıb

Haitinin şimalındakı Kap-Aityen şəhərində yanacaq daşıyan yük maşınının partlaması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

7NEWS.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, daha 50 nəfərin xəsarət aldığı bildirilir.
Yanğın yerli vaxtla təxminən gecə yarısı (Bakı vaxtı ilə saat 09:00) radələrində baş verib. İlkin məlumatlara görə, yük avtomobili yolda aşdığı zaman yoldan keçənlər fürsətdən istifadə edərək yanacaq çənlərini doldurublar. Ehtimallara görə, bundan sonra insan və maddi tələfatla nəticələnən partlayış baş verib. Alov bir neçə saata söndürülüb.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ