Əfqanıstanın paytaxtı Kabildə terrorçu-kamikadze avtobusa hücum edib.
7News.Az xarici KİV-ə istinadən bildirir ki, Kabildə Apellyasiya Məhkəməsinin hakimlərini daşıyan avtobus partladılıb. Hadisə nəticəsində 10 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Hadisənin “Taliban” hərəkatının yeni lider seçməsindən sonra törədilən ilk partlayış olduğu bildirilir.








