Dekabrın 7 və 8-də ATƏT PA-nın Humburqda keçirilən Büro iclasında "Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib. Bu barədə "Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev xəbər verir.
Xəbərdə deyilir ki, "ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev iclasda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından narahatçılığını ifadə edib. Vitse-Prezident deyib ki, Aprel hadisələri göstərdi ki, bu münaqişə ilə bağlı yaranmış vəziyyət çox təhlükəlidir və münaqişə istənilən an yenidən alovlana və bölgə üçün ciddi fəlakətə səbəb ola bilər. Buna görə də Almaniyanın Xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Ştaynmayerin söylədiyi kimi bu günkü status kvo həm təhlükəlidir, həm də qəbuledilməzdir”.
Daha sonra Azay Quliyev təəssüflə bildirib ki, may və iyun aylarında prezidentlər səviyyəsində aparılan danışıqlara az da olasa ümid olsa da, bu ümidlər özünü doğrultmadı və problemin həlli istiqamətində heç bir addım atılmadı. "Hətta bəzi həmsədr ölklələrin münaqişənin həlli perspektivi ilə bağlı verdikləri pessimist bəyanat danışıqlara olan ümidi daha da sarsıtdı. Son aylar prezidentlər səviyyəsində görüşün keçirilməməsi isə münaqişəyə cəlb olunmuş ölkələrin vətəndaşlarının yeni təşəbbüslə çıxış etmələri üçün əsas yaradıbdır”.
Sonda isə Azay Quliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini bölgədə etimad və sülh yaratma baxımından unikal imkanlara malik bu platforma ilə yaxında əməkdaşlıq etməyə və platformanın potensialından maksimum faydalanmağa çağırıbdır.
7News.az








