RU
15:30
351

"Hamınızı öldürəcəm" - Bıçaqlı şəxs metrodakılara hücum etdi - FOTO

Ötən gün pik saatlarda əlində bıçaq olan şəxs Londonda metrodakılara hücum edib.

7News.Az Metro-ya istinadla xəbər verir ki, Hakni Sentral stansiyasına daxil olan bıçaqlı şəxs "hamınızı öldürəcəm" deyə qışqıraraq ətrafdakılara hücum edib.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Bıçaqla hücum edən şəxs isə polis tərəfindən saxlanılıb.

 

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti normaldır.

Hadisə ilə bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ