7NEWS.az xəbər verir ki, prezident seçkiləri yaxınlaşdıqca, ABŞ-da Qəzzaya münasibət müzakirələrə səbəb olur. Demokrat namizəd Kamala Harris Qəzzada insan itkisini "vicdansızlıq" adlandırıb və HƏMAS lideri Sinvarın öldürülməsinin müharibəni bitirmək üçün bir fürsət olduğunu irəli sürüb. Respublikaçı namizəd Donald Tramp "İsrail üçün çox şey edəcəyik, onların arxasındayıq” deyib. Tramp həmçinin İsrailin baş naziri postuna namizəd ola biləcəyini və səslərin 97 faizini ala biləcəyini iddia edib.








