Hava limanında sərnişinin şalvarında 10 quş aşkarlandı
7News.az xəbər verir ki, ABŞ-ın Mayami hava limanında, beli və qasıq nahiyəsindəki qabarıqlıq səbəbindən şübhə doğuran bir sərnişinin şalvarının içərisində 10 ədəd diri quş aşkar edilib. Məlum olub ki, həmin şəxs quşları şalvarına tikilmiş altı ədəd plastik borunun içində gizlədib. O, heyvanları şəxsi istifadə üçün gətirdiyini iddia edib. Qaçaqmalçılıqda ittiham olunan sərnişin 25 000 dollar məbləğində girov müqabilində sərbəst buraxılıb.