7NEWS.az xəbər verir ki, Ekvadordakı Los Çoneros dəstəsinin lideri "Fito” ləqəbli Xose Adolfo Macias Vilyamar saxlanıldığı Quayaquil həbsxanasından yoxa çıxıb. Təhlükəsizlik qüvvələri qaçdığı güman edilən Villamarın tapılması üçün həbsxana və ətrafında genişmiqyaslı əməliyyat keçirib. Prezidentin sözçüsü Roberto İzurieta verdiyi açıqlamada əməliyyatda 3 mindən çox adamın iştirak etdiyini bildirib və "Hüquq-mühafizə qüvvələrinin cəsarəti və qətiyyətinə görə minnətdarıq" dedi.
7NEWS.az








