Panamanın Kolon əyalətində həbsxana ərazisinə narkotik maddə keçirməyə çalışan ağ pişik saxlanılıb.
Bu barədə "Daily Mail" yazır.
Belə ki, boğazından müxtəlif narkotik maddələrlə dolu torba asılan Pişik aprelin 16-da 1700-dən çox məhkumun saxlanıldığı həbsxananın yaxınlığında tutulub.
Prokuror Eduardo Rodrigezin sözlərinə görə, "tüklü narkokuryer" heyvanlar üçün sığınacağa yerləşdiriləcək.
7News.Az








