Maldiv adalarının prezidenti Abdulla Yaminin katerində baş verən partlayış nəticəsində xəsarət alan olmayıb.
Bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, prezidentin kateri ölkə paytaxtı Maleyə çatanda partlayış baş verib.
Hadisə baş verən zaman Abdulla Yamin Səudiyyə Ərəbistanının Məkkə şəhərindən - Həcc ziyarətindən geri dönürmüş.
Partlayışın başvermə səbəbi açıqlanmayıb./milli
7news.az








