RU
Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı
12:30
70

Paytaxt və rayonlarda qanunsuz silah-sursat aşkarlandı

Polis əməkdaşlarının iyunun 26-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirdikləri əməliyyat-profilaktik tədbirlər nəticəsində xeyli sayda qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, əməliyyatlar zamanı 2 avtomat silahı, 2 qumbara, 9 tüfəng, 10 patron darağı və 486 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ