Həkimlər Nokia 3310 telefonunu udandan sonra səhhəti pisləşən 33 yaşlı şəxsi əməliyyat edib. Bir neçə saat davam edən əməliyyatdan sonra mobil cihaz onun mədəsindən çıxarılıb. Bildirilir ki, telefon 4 gün onun mədəsində qalıb. Ağrı hissə edən şəxs həkimlərə müraciət edib.
Həkimlər telefonu şəxsin mədəsində 3 hissəyə ayıraraq çıxarıb. Hazırda onun səhhəti normaldır. 33 yaşlı şəxsin niyə belə addım atdığı məlum deyil./Metbuat.az











