Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası” (DQR) arasında qarşılıqlı hərbi kömək haqqında razılaşma hazırlıq mərhələsindədir.
7News.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Ovik Abramyan bildirib.
“DQR-nin tanınması” ehtimalı barədə sualı Abramyan belə cavablandırıb: “Ermənistan prezidenti bu məsələ ilə bağlı öz mövqeyini aydın şəkildə ifadə edib. Əgər təxribatlar və müharibə davam etsə, onda biz bu addımı atmağa məcbur olacağıq. Hələlik buna ehtiyac yoxdur”.








