Norveç xilasediciləri helikopter qəzası nəticəsində həlak olan 11 nəfərin cəsədini aşkar ediblər, iki nəfərin axtarışı isə davam edir.
Şimal dənizindəki “Statoil” kompaniyasına aid neft platformasından Bergen hava limanına uçan və ilkin məlumata görə, göyərtəsində 11 neftçinin və 2 ekipaj üzvünün olduğu helikopter aprelin 29-da qəzaya uğrayıb.
Şahidlərin ifadəsinə görə, helikopter havada titrəməyə, sonra isə yerə düşərək yanmağa başlayıb. Polisin məlumatına əsasən insident nəticəsində kiminsə sağ qalmasına ümid yoxdur.
NRK telekanalının məlumatına görə, helikopterin göyərtəsində 11 norveçli, britaniyalı və italiyalı olub.
7News.Az








