Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin "Mi-17" tipli 20136 bort nömrəli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb, 14 nəfər şəhid olub, iki nəfər yaralanıb.
Şəhid olanlar içərisində kapitan Qaraisayev Teymur Ənvər oğlu da olub. Rabitə rəisi olan Teymur 20 aprel 1983-cü il tarixində Qərbi Azərbaycanda anadan olub. Ondan yadigar iki körpə balası qalıb.
Qəza nəticəsində şəhid olanlar:
1.Polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2.Polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;
3.Mayor Həsənov Elmir Mircəlil oğlu;
4.Mayor Əhmədov Elbrus Səmrəddin oğlu;
5.Mayor Mayılov Emil Şahid oğlu;
6.Mayor Məmmədov Murad Yaşar oğlu;
7.Mayor Əliyev Emil Elman oğlu;
8.Tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;
9.Kapitan Bayramlı Cavid Əhliman oğlu;
10.Kapitan Əliyev Xəyyam Əlixan oğlu;
11.Kapitan Qaraisayev Teymur Ənvər oğlu;
12.Leytenant Süleymanov Abdulla Telman oğlu;
13.Baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14.İşçi Nəbiyev Elçin Fikrət oğlu.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin bildirdiyinə görə, hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.
Şəhidimiz kapitan Qaraisayev Teymurun fotolarını təqdim edirik:
7News.Az

















