İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovu ov silahı ilə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.
XXX
İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərasizində Kəlbəcər rayon sakini B.Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması və müalicə aldıığı xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla hadisəni Kəlbəcər rayon sakini H. Mamedov olması müəyyən olunub. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir.








