Bu gün səhər saat 10:21-də Ermənistanda hərbi hissələrin birində silahlı insident baş verib. 7News.az Ermənistan mediasına istinadən xəbər verir ki, hərbi hissnin əsgərləri bir-birinə atəş açıb. Nəticədə 1986-cı il təvəllüdlü müddətdən artıq xidmət edən hərbi qulluqçu Nareka Hakopyan ölüb.