Meksikanın şimali Nuevo-Leon ştatının Doktor-Qonsales bələdiyyəsi ərazisində hərəkətdə olan maşın naməlum şəxslər tərəfindən atəşə tutulub və nəticədə salonda olan 5 nəfər həyatını itirib.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölənlərin şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, bunlar üç kişi və iki qadındır. Həmçinin maşında olan kiçik qız yaralanıb.
7News.Az








