Bakırköydə vətəndaşlardan biri restoranda özünə xəbər vermədən yeməklərin hesabını ödəyən dostunu silahla vurub.
İncirli küçəsində yerləşən restoranlardan birində yemək yeyən dostlar dalaşıblar. Dava isə yeməyin hesabını ödəmək üstündə olub. İdris Alakuş ilə Hasan Erdemir arasındakı dava böyüyüb. Yeməklərin pulunun dostu tərəfindən ödənildiyini görən İdris Alakuş, əsəbləşərək restoranı tərk edib. Bir neçə dəqiqə sonra restorana girən Alakuş Hasan Erdemiri güllələyib. Ağır yaralanan Erdemir dünyasını dəyişib.
Hadisə yerindən qaçan İdris Alakuş isə bir müddət sonra həbs edilib./bizimyol
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










