RU
Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb
14:00
533

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Masallı sakini saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən, rayonun Musaküçə kənd sakini Q.Bayramov saxlanılıb.

Bu barədə APA-nın cənub bürosuna DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.


Onun yaşadığı evin həyətində kultivasiya yolu ilə becərdiyi yaş halda çəkisi 9 kiloqram olan 3 ədəd narkotik xassəli çətənə kolu, həyətdəki yardımçı tikilidən isə 370 qram narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ