RU
Hindistan koronavirusa qarşı ilk DNT peyvəndini təsdiqləyib
22:30
791

Hindistan koronavirusa qarşı ilk DNT peyvəndini təsdiqləyib

Hindistan təcili istifadə üçün "Zydus Cadila” şirkətinin mütəxəssisləri tərəfindən nuklein turşusu əsasında hazırlanan koronavirusa qarşı peyvəndi təsdiqləyib.

Bu barədə cümə günü CNBC telekanalı məlumat yayıb.

Məlumata görə, şirkət peyvəndin tətbiqi sxemi ilə bağlı daha ətraflı məlumat verməli olacaq.

"ZyCoV-D” preparatı dezoksiribonuklein turşusu (DNT) əsasında yaradılıb. Peyvəndləmə üç mərhələdə aparılır. Onun effektivliyi 66,6% kimi qiymətləndirilir./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ