RU
Hindistanda baş vermiş avtoqəzada azı 9 nəfər ölüb
11:20
239

Hindistanda baş vermiş avtoqəzada azı 9 nəfər ölüb

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində azı 9 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Bu barədə "Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə səhər saatlarında baş verib. Azı beş nəfərin vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisəni araşdırmaq üçün əraziyə cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ