Hindistanda yeni doğulan körpə ölkənin gündəminə bomba kimi düşüb.
7News.az xəbər verir ki, yadplanetlilərə bənzədiyi üçün anası körpəni əmizdirməkdən imtina edib.
Yerli kənd sakinlərinin iddiasına görə isə körpənin bədəninə hindu tanrısının ruhu girib.
Nadir xəstəliyə düçar olan körpənin kiçik başı və böyük gözləri var. Körpə Hindistanın ruhani lideri Buddaya bənzədiyi üçün geniş reaksiyalara səbəb olub. Kənd sakinləri körpəni görə bilmək üçün növbəyə düzülüblər. Həkimlər körpənin uzun müddət yaşamayacağını bildirirlər.//cebhe.info









