RU
Hindistanda etiraz aksiyasının 300-dən çox iştirakçısı saxlanılıb
14:50
200

Hindistanda etiraz aksiyasının 300-dən çox iştirakçısı saxlanılıb

Hindistan polisi Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı həftəsonu keçirilmiş etiraz aksiyalarının 300-dən çox iştirakçısını saxlayıb.

7News.Az xarici məbtuata istinadən xəbər verir ki, ən kütləvi etirazlar Uttar-Pradeş ştatında baş tutub.

Etirazçılar polisi daşa tutub, binalarda qarət və dağıntılar törədiblər.

Hökumət etirazçılara qarşı ən sərt tədbirlərin görüləcəyini bəyan edib.

Xatırladaq ki, etirazlara Hindistanın iqtidarda olan partiyası - "Bharatiya Canata Parti”nin keçmiş rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına qalmaqallı fikirlər səsləndirməsi səbəb olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ