7NEWS.az xəbər verir ki, Hindistanda anım tədbiri zamanı məşəllərdən çıxan alov ətrafa yayılaraq ən azı 30 nəfəri yaralayıb. Xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi, xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.








