RU
Hindistanın COVID xəstəxanasında faciə: 24 xəstə boğularaq ölüb - VİDEO
12:00
322

Hindistanın COVID xəstəxanasında faciə: 24 xəstə boğularaq ölüb - VİDEO

Hindistanın Maharaştra ştatındakı koronavirus hospitalında faciə baş verib.

NDTV xəbər verir ki, oksigen sisternlərindən sızma nətcəsində ağciyərlərin süni havalandırılması cihazlarının işində problemlər yaranıb və palatalara oksigenin verilişi dayandırılıb.

Nəticədə xəstəxanada yatan və sözügedən cihazlara qoşulan 24 COVID xəstəsi boğularaq ölüb.

 

Hadisə Naşik şəhərindəki Zakir Hüseyn bələdiyyə xəstəxanasında qeydə alınıb.

Qəzadan bir müddət sonra tibb müəssisəsinə oksigenin verilişi bərpa edilib.

Yerli hakimiyət nümayəndələri faciənin səbəblərinin araşdırıldığını bildiriblər.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ