7NEWS.az xəbər verir ki, Livanda Hizbullahın iki nömrəli adamı kimi tanınan baş katibin müavini Naim Kasım canlı yayımda "İsraili torpaqlarımızdan qovacağıq" açıqlaması verib. Hizbullahın İsrailə qarşı hücumlarının legitimliyini vurğulayan Kasım, "İsrail Livanın hər yerinə hücum etdiyi zaman bizim İsrailin istənilən yerinə hücum etmək haqqımız var. İsrailin mərkəzini, şimalını və cənubunu hədəf alacağıq" dedi.








