RU
Hökumət təcavüzə uğrayan qadının evtanaziyasına
17:36
1043

Hökumət təcavüzə uğrayan qadının evtanaziyasına

Niderland hökuməti seksual təcavüzə məruz qalan qadının evtanaziya xahişinə müsbət cavab verib.

7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, yaşı 20-30 yaş arası olan qadın hələ iki il əvvəl belə bir xahişlə hökumətə müraciət edib. Məlum olub ki, o, 5 yaşından 15 yaşına qədər təcavüzə uğrayıb.

Bütün bu müddət ərzində qadının ağır psixoloji vəziyyətdə olduğu -xroniki depressiya, hallusinasiya, həmçinin anoreksiyadan əziyyət çəkdiyi bildirilir. Qadın müalicə alsa da, vəziyyəti heç cür yaxşılaşmayıb. Sonda Niderland hökuməti evtanaziyaya icazə verib.

Qeyd edək ki, Niderland evtanaziyanı rəsmiləşdirən ilk ölkələrdəndir. 1984-cü ildə Ali Məhkəmə könüllü olaraq ölümü seçməyi qəbuledilən hesab edib. Belə bir icazə Belçika, Lüksemburq, İsveçrə, həmçinin ABŞ-ın bir neçə ştatında da var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ