Ölkəsinin qul ticarətindəki roluna görə üzr istəyən Hollandiyanın baş naziri Mark Rutte "Əsrlər boyu insan ləyaqəti Hollandiya dövləti tərəfindən tapdanıb" deyib.
7NEWS.az xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte ölkəsinin köləlik tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından rəsmi olaraq üzr istəyib. İnzibati paytaxt Haaqada Hollandiya Milli Arxivində təşkil edilən mərasimdə çıxış edən Rutte ölkəsinin quldarlıq tarixinə və qul ticarətindəki roluna görə hökuməti adından üzr istəyib. Rutte, "Əsrlər boyu Hollandiya dövləti adına bir çox insan əmtəələşdirilib, istismar edilib və sui-istifadə edilib. İnsan ləyaqəti Hollandiya dövləti tərəfindən əsrlər boyu tapdalanıb" dedi.
7NEWS.az








