RU
Hollandiyada günəş enerjisi ilə işləyən iki velosiped yolu istifadəyə verildi
15:58
22

Hollandiyada günəş enerjisi ilə işləyən iki velosiped yolu istifadəyə verildi


Velosiped yolları ilə məşhur olan Hollandiyada günəş panelləri ilə örtülmüş iki velosiped yolu istifadəyə verilib. Yollar ölkədə 1000 kvadratmetr sahəsi olan ilk velosiped yollarıdır.

7NEWS.az xəbər verir ki, yollar Şimali Hollandiya və Şimali Brabant əyalətlərində Wattway və BAM Royal Group tərəfindən tikilib. Wattway şirkəti dünyanın ilk günəş enerjisi ilə işləyən yol tikintisi şirkəti kimi tanınır. 2015-ci ildə yaradılan şirkət 40-dan çox rayonda sınaq yolları çəkib. Şirkət yeni layihələrində quraşdırdığı panellərin səmərəliliyini 119 Vt/m2-dən 148 Vt/m2-ə yüksəldib. Onlar günəş panelləri ilə ildə 160 MVt/saat elektrik enerjisi istehsal etməyi planlaşdırırlar.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ