Hollandiyanın Müdafiə naziri Ank Bijleveld Əfqanıstandan təxliyələr zamanı bacarıqsızlığa görə istefa verdiyini açıqladı.
7NEWS.Az "haber7”yə istinadən xəbər verir ki, istefa etdiyini Bijleveld keçirdiyi mətbuat konfransında bəyan edib.
"Dünən işimi davam etdirmək qərarına gəldim. Ancaq bu vəzifədə qalmağımın mübahisələrə səbəb olduğunu başa düşdüm və istefa verməyə qərar verdim”, - nazir deyib.
Bijleveld vəzifəsini tərk etdiyinə görə üzüldüyünü və "ürəyim ağrıyır” deyib.
7NEWS.Az








