RU
Honkonqda ticarət mərkəzində yanğın: 13 nəfər tüstüdən zəhərləndi - VİDEO
11:10
65

Honkonqda ticarət mərkəzində yanğın: 13 nəfər tüstüdən zəhərləndi - VİDEO

Güclü yanğın nəticəsində Honkonqdakı ticarət mərkəzlərinin birində köməksiz vəziyyətdə qalmış 350 nəfərin hamısı xilas edilib.

İnsident nəticəsində 13 nəfər şəxs xəsarət alıb.

Onların tüstüdən zəhərləndiyi bildirilir.

İlkin məlumata görə, yanğın birinci mərtəbədə elektrik avadanlıqlarının yerləşdiyi texniki otaqda baş verib.

Şəhərin polis qurumundan verilən məlumatda qeyd olunur ki, yanğın yerli vaxtla 12:37-də (Bakı vaxtı ilə 08:37) başlayıb.

Qeyd edək ki, yanğınsöndürmə xidmətinin məlumatına görə ümumilikdə 1 269 nəfər şəxs yanğından xilas edilib.

Mənəb: RTHK


Mənbə: South China Morning Post

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ