RU
Honqkonqda ticarət mərkəzində yanğın, 500-ə yaxın insan köməksiz qaldı - Video
15:30
610

Honqkonqda ticarət mərkəzində yanğın, 500-ə yaxın insan köməksiz qaldı - Video

Honqkonqda yerləşən "Dünya Ticarət Mərkəzi”ndə (World Trade Center) yanğın başlayıb.

7News.Az"Dimsum Daily” portalına istinadən xəbər verir ki, yanğın Bakı vaxtı ilə 08:00 radələrində başlayıb.

 

38 mərtəbəli binadan indiyə qədər 165 nəfər təxliyyə olunub.

Bununla yanaşı, 100-ə yaxın insan beşinci mərtəbənin yaxınlığında açıq platformada, 350 nəfər isə binanın yuxarı hissəsində köməksiz qalıb. Hələ ki, 8 nəfərin xəsarət aldığı məlumdur.

"Dünya Ticarət Mərkəzi”ndə mağaza, restoran və ofislər yerləşir. Təmir səbəbindən binanın dayanacağından 5-ci mərtəbəyə qədər ərazi bağlı olub və buradakı ticarət məntəqələri fəaliyyət göstərməyib.

Yanğının birinci mərtəbədə yerləşən texniki otaqda baş verdiyi və buradan yayıldığı təxmin edilir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ