RU
Hörmüz boğazında mina təmizlənməsi 6 aya qədər uzana bilər
12:40
33

Hörmüz boğazında mina təmizlənməsi 6 aya qədər uzana bilər

"The Washington Post" Hörmüz boğazında yerləşdirilmiş minaların tam təmizlənməsinin nə qədər vaxt apara biləcəyini açıqlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, nəşrin adı açıqlanmayan üç rəsmi şəxsə istinadən hazırladığı xəbərdə bildirilir ki, Pentaqonun yüksək vəzifəli nümayəndəsi ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinə məxfi təqdimat zamanı bu barədə məlumat verib.

Məlumata əsasən, mina təmizləmə əməliyyatlarının uzun çəkəcəyi və bu prosesin ABŞ, İsrail və İran arasında mümkün münaqişənin başa çatmasından əvvəl başlamasının ehtimalının aşağı olduğu qeyd olunur. Bu zaman cədvəlinin həm demokrat, həm də respublikaçı konqresmenlər tərəfindən narazılıqla qarşılandığı bildirilir.

Rəsmilər iddia edirlər ki, İran Hörmüz boğazı ətrafında "20 və ya daha çox” mina yerləşdirə bilər. Bildirilir ki, bəzi minalar GPS texnologiyası vasitəsilə uzaqdan idarə olunur və bu da onların aşkar edilməsini çətinləşdirir.

Qeyd edək ki, Pentaqon məsələ ilə bağlı yayılan məlumatlara rəsmi şərh verməkdən imtina edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ