RU
Hörmüz boğazında neft tankerləri minaya düşdü
11:30
28

Hörmüz boğazında neft tankerləri minaya düşdü

Hörmüz boğazının cənub dəniz marşrutunun sularında bir neçə şiddətli partlayış qeydə alınıb.

Bu barədə İranın hərbi dairələrindəki anonim mənbələrə istinadən "Fars" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisənin yaranma səbəbi neft tankerlərinin dəniz minalarına toxunması ola bilər.

Bildirilir ki, sözügedən gəmilər İran rəhbərliyi tərəfindən icazə verilməyən naviqasiya trayektoriyası üzrə hərəkət ediblər.

Məlumatda o da vurğulanır ki, rəsmi Tehran bundan əvvəl dəfələrlə beynəlxalq ticarət gəmilərinə İran tərəfi ilə razılaşdırılmamış yollardan istifadə etməməklə bağlı xəbərdarlıq edib.

Qeyd olunur ki, sözügedən cənub marşrutu Oman sahillərinin yaxınlığından keçir.

Zədələnmiş gəmilərin dəqiq sayı və hazırkı vəziyyəti məlum deyil. İtki barədə də məlumat yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ