RU
“Huawei” dövlətin ali nümayəndələrinə “Azərbaycanın Gözəl İnsanları” kitabını təqdim etdi
19:30
660

“Huawei” dövlətin ali nümayəndələrinə “Azərbaycanın Gözəl İnsanları” kitabını təqdim etdi

"Bakutel” sərgisində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya "Huawei” şirkətindən "Azərbaycanın Gözəl İnsanları” kitabı təqdim olunub. 

Kitab Vətənimizin bütün guşələrindən müxtəlif peşəyə sahib olan adamlar, onların həyat hekayələri və təcrübələri haqqında bəhs edir. Çoban və dəmirçi, sağıcı və filologiya professoru, şair və arıçı - bu və digər peşə sahiblərinin nümayəndələri bu kitabda öz əksini tapmışdır.

"Huawei” şirkəti kitabların nüsxələrini Azərbaycan kitabxanalarına göndərməyi planlaşdırır.

"Gözəl insanlar” kitabı Azərbaycanın təbiəti, insanları, tarixi və mədəniyyətinin misilsiz və zəngin gözəlliklərini dünyaya nümayiş etdirmək məqsədi ilə keçirilən "Gözəl Azərbaycan” layihəsi çərçivəsində işıq üzü görmüşdü.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ