RU
İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb
13:20
23

İbiza sahillərində 7 min ton dizel yanacağı daşıyan tanker batıb, bir nəfər ölüb

İspaniyanın İbiza adası yaxınlığında 7 min ton dizel yanacağı daşıyan tanker batıb. Hadisə nəticəsində ekipaj üzvlərindən biri ölüb.

"Reuters"in məlumatına görə, Malta bayrağı altında üzən "Med Emre” adlı kimyəvi tanker noyabrın 26-da səhər saatlarında İbiza adasından təxminən 25 dəniz mili (46 kilometr) şimal-şərqdə batıb.

İspaniyanın Balear adalarının fövqəladə hallar xidmətinin məlumatına əsasən, gəminin 17 nəfərlik heyətinin hamısı xilas edilib. Onlardan biri birbaşa İbizadakı "Can Misses” xəstəxanasına çatdırıldıqdan sonra ölüb.

Xilasetmə əməliyyatında üç helikopter və yaxınlıqda olan ticarət gəmiləri də iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ